Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürurla qeyd edirik. Bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: "Azərbaycan idman dövlətidir. Həm böyüklər, həm genclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər"- fikri ilə dövlətin idmana nə dərəcədə diqqət göstərdiyini bir daha sübut edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu nəticə ilə komanda hesabında Azərbaycan idmançıları Avropanın 34 ölkəsi arasında birinci yerə layiq görüldü. Əslində qitə miqyaslı bir turnirdə Avropada birinci olmaq böyük nailiyyətdir. Bu o deməkdir ki, ölkəmizin dövlət himni yeddi dəfə Avropanın paytaxt şəhərlərindən birində səslənmişdir. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar. Cənab Prezidentimiz öz çıxışında demişdir:" Əlbəttə, azad edilmiş torpaqlarımızda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planında da öz əksini tapır". Bunu Suqovuşanda ilk dəfə keçirilən su oyunları yarışında da sübut etdik.Prezidentimizlə, gənc idmançılarımızla fəxr edirik! İlahə Kərimova,Xocalı rayonundan məcburi köçkün